Ukraynanın baş məşqçisi: "Düşünmürük ki, Azərbaycan millisi daha zəifdir"

Xəbərlər
8 Sentyabr 2025 18:13
49
Ukraynanın baş məşqçisi: "Düşünmürük ki, Azərbaycan millisi daha zəifdir"

Düşünmürəm ki, Azərbaycan yığması zəif komandadır.

İdman.biz xəbər verir ki, bunu Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri 2026-cı il dünya çempionatının seçmə qrup matçından öncə mətbuat konfransında deyib.

"Başa düşürəm ki, bir gün əvvəl məşqçini dəyişmək çətinliklər yaradacaq. Amma mən oyunlara baxırdım və İslandiya ilə də oyuna baxmışam. Bu oyundur. Hər şey ola bilər. Biz düşünmürük ki, Azərbaycan millisi daha zəif oynayır. Oyunda hər şey bilinəcək", - baş məşqçi deyib.

Azərbaycan və Ukrayna milliləri arasında DÇ-2026-nın seçmə mərhələsinin oyunu sentyabrın 9-da keçiriləcək.

İdman.biz

Məqalədə: