Müharibə Ukrayna klublarının Avropada çıxışlarına təsir edib - Rebrov

Xəbərlər
8 Sentyabr 2025 18:02
45
Müharibə Ukrayna klublarının Avropada çıxışlarına təsir edib - Rebrov

Ukrayna milli komandasının baş məşqçisi Sergey Rebrov ölkəsinin klublarının avropkuboklarda zəif iştirakını müharibə ilə izah edib.

İdman.biz bildirir ki, bu il Ukrayna klubları UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəziqə qazanmayıblar.

"İstəyərdik ki, top komandaların hamısı Çempionlar Liqasında çıxış eləsin. Amma təəssüflər olsun ki, bizdə hazırda müharibə gedir. Komandalar yaxşı məşq edə bilmirlər. Hətta onlardan hər hansı birinin avrokuboklarda çıxış etməsi futbolumuz üçün qiymətlidir" - Rebrov Azərbaycanla oyundan əvvəl keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycan və Ukrayna milliləri arasında DÇ-2026-nın seçmə mərhələsinin oyunu sentyabrın 9-da keçiriləcək.

İdman.biz