Azərbaycan millisinin heyətində DƏYİŞİKLİKLƏR

Xəbərlər
8 Sentyabr 2025 16:53
64
Azərbaycan millisinin heyətində DƏYİŞİKLİKLƏR

Azərbaycan milli komandasının heyətində dəyişikliklər olub.

İdman.biz xəbər verir ki, yarımmüdafiəçilər Xəyal Əliyev və Şahin Şahniyarov U-21 yığmamızın heyətinə qoşulublar.

Onların əvəzinə Rüstəm Əhmədzadə (“Sumqayıt”) və Abdulla Xaybulayev (“Sabah”) əsas milliyə cəlb olunublar.

Qeyd edək ki, sentyabrın 9-da A milli DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə, U-21 isə Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan yığması ilə qarşılaşacaq.

İdman.biz