AFFA-nın Fernandu Santuşu millinin baş məşqçi postundan istefaya göndərməsi doğru qərardır.
İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Mahmud Qurbanov deyib.
Mütəxəssis İslandiyaya 0:5 hesablı məğlubiyyətin yolverilməz olduğunu vurğulayıb: "Açığı, gözləyirdim ki, Fernandu Santuşu Ukrayna yığması ilə oyundan sonra istefaya göndərəcəklər. Amma indi getdi. Fikrimcə, doğru qərardır. İslandiya ilə matçda heç bir şey etmədən, çox asanlıqla və böyük hesabla uduzmaq yolverilməzdir. Ona görə də bu qarşılaşmadan sonra Santuşun ayrılması gözlənilən idi".
Qeyd edək ki, Fernandu Santuş ötən ilin iyununda Azərbaycan millisinin baş məşqçi postuna təyin olunmuşdu. Portuqaliyalı mütəxəssislə müqaviləyə bu gün qarşılıqlı şəkildə xitam verilib.
İdman.biz