Mahir Emreli: "Bu, o demək deyil ki, biz üzülməliyik" - VİDEO

Xəbərlər
8 Sentyabr 2025 12:17
72
Mahir Emreli: "Bu, o demək deyil ki, biz üzülməliyik" - VİDEO

"Sabah bizi ağır oyun gözləyir".

İdman.biz Sportnet.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli Bakıda Ukrayna yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə qrup matçından öncə mətbuat konfransında deyib.

28 yaşlı hücumçunun sözlərinə görə, gücü bəlli olan rəqibin heyətində təcrübəli futbolçular var: "Onlar ilk oyunda Fransaya məğlub olublar və buradan ölkələrinə qalibiyyətlə geri dönmək istəyəcəklər. Biz isə İslandiyada aldığımız ağır məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq. Çalışırıq elə edək ki, sabahkı oyuna tam şəkildə hazır olaq".

Emrelinin fikrincə, hər kəs öz üzərinə düşən məsuliyyəti dərk etməlidir: "Futbolda həm tənqid, həm də tərif var, pis zamanlar da olur. Artıq bir neçə oyundur ki, yaxşı nəticə qazana bilmirik və futbolçular bu səbəbdən təzyiq yaşayırlar. Amma bu, o demək deyil ki, biz üzülməliyik. Biraz daha yaxşı nəticələr qazansaq, oyunçularımız da özlərini daha rahat hiss edəcəklər. Bir neçə ay əvvəl burada Macarıstana qarşı yaxşı oyun nümayiş etdirmişdik, amma məğlub olmuşduq. Yenə də yaxşı futbol göstərib uduzmaq var, bir də oyun göstərmədən məğlub olmaq var".

İdman.biz