"İslandiya ilə oyundan öncə millimizin bir xal qazanacağına inanırdım".
İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında Füzuli Məmmədov deyib.
Təcrübəli mütəxəssis millimizin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna yığması ilə qarşılaşacağı oyundan gözləntilərini açıqlayıb: "İslandiya ilə oyunda ilk hissədə müdafiədən oynadıq. Önə keçidlərdə ciddi problem var idi. Bunu bacarsaydıq rəqibə ciddi çətinliklər yaşada bilərdik. İkinci hissədə buraxılan ardıcıl qollar futbolçulara psixoloji cəhətdən təsir etdi. Ukrayna ilə matçda yığmamızın ən azı bir xal qazanacağına inanıram. İndi futbolçular daha məsuliyyətli olmalıdır. Düzdür, komanda İslandiyadan uzun yol qət ediblər, amma bərpa üçün vaxtları olub. İslandiya güclü yığmadı, amma millimizin bir xal qazanacağına ümid edirdim. Millinin heyətindəki futbolçuların beynəlxalq oyun təcrübəsi çoxdur. Yenə də millimizin Ukrayna ilə oyunda ən azı bir xal qazanacağına inanıram".
Qeyd edək ki, Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
İdman.biz