Mərakeş yığması 2026-cı ildə keçiriləcək dünya çempionatının Afrika zonası üzrə növbəti seçmə oyununda Niger millisi ilə qarşılaşıb.
İdman.biz xəbər verir ki, meydan sahibləri rəqibini darmadağın edib.
Rəqib üzərində qaznılan 5:0 hesablı qələbədən sonra Mərakeş DÇ-2026-cı il dünya çempionatına vəsiqəni təmin edib.
DÇ-2026 - Afrika zonası.
E qrupu. 7-ci tur
5 sentyabr 2025, cümə.
23:00. Mərakeş – Niger - 5:0
Qollar: İsmayıl Saybari (29, 38), Əyyub əl-Kaabi (51), Həmzə İqaman (69), Azzeddin Unahi (85).
Qırmızı vərəqə: yoxdur - Qumey (26').
Mərakeş E qrupunda keçirdiyi altı oyunun hamısında qələbə qazanaraq dünya çempionatına vəsiqəni vaxtından əvvəl qazanıb. Komanda 18 xal toplayıb. 10 xalla ikinci yerdə olan Tanzaniyanın qarşıda hələ iki oyun qalıb: Sentyabrın 8-də Zambiya ilə, oktyabrın 13-də isə Konqo ilə.
Qeyd edək ki, Meksika, ABŞ, Kanada (hamısı – ev sahibi), həmçinin Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Avstraliya, Özbəkistan, Yeni Zelandiya, Argentina, Ekvador, Braziliya, Kolumbiya, Uruqvay və Paraqvay turnirdə iştirak hüququ qazanan ölkələrdir.
İdman.biz