Fernandu Santuş: "Azərbaycan millisi ilə müqaviləm qüvvəsindədir"

Xəbərlər
6 Sentyabr 2025 01:06
44
Fernandu Santuş: "Azərbaycan millisi ilə müqaviləm qüvvəsindədir"

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində komandasının İslandiyaya məğlubiyyətini (0:5) şərh edib. Bu barədə İdman.biz-in Reykyavikdən xəbər verir.

"Birinci hissədə yaxşı müdafiə olunduq. Müdafiədə oynamaq və əks-hücumlara bel bağlamaq istəyirdik. Ancaq birinci hissənin sonunda künc zərbəsindən sonra qol buraxdıq. Fasilə zamanı uşaqlara sakit olmalarını dedim. Təəssüf ki, ikinci qoldan sonra komanda tamamilə dağıldı", - Santuş deyib.

Mümkün istefaya gəlincə, portuqaliyalı özünü belə müdafiə edib: "Azərbaycan millisi ilə müqaviləm hələ də qüvvədədir. AFFA məni istefaya göndərmək istəsə, bu məsələni müzakirə edə bilərik", - Santuş deyib.

Xatırladaq ki, İslandiya - Azərbaycan oyunu meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.biz