İslandiyanın baş məşqçisi: "Oyun üslubumuz yaxşı nəticə verdi"

Xəbərlər
6 Sentyabr 2025 02:49
42
İslandiyanın baş məşqçisi: "Oyun üslubumuz yaxşı nəticə verdi"

İslandiya millisinin baş məşqçisi Arnar Qunnlauqsson DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Reykyavikdə keçirilən oyunda Azərbaycan millisi üzərində qazandıqları qələbəni (5:0) şərh edib. Bu barədə İdman.biz Reykyavikdən xəbər verir.

"Oyun üslubumuz yaxşı nəticə verdi. Ola bilsin ki, hamı bununla razılaşmasın, amma komandamın çıxışından çox razı qaldım. Əsas vəzifə seçmə mərhələyə uğurla başlamaq idi. Əsas odur ki, işi başa vurub qələbə qazana bildik. Hesaba baxmayaraq, bunun üçün çox səy lazım oldu", - Qunnlauqsson qeyd edib.

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununu sentyabrın 9-da Bakıda Ukrayna komandasına qarşı keçirəcək.

İdman.biz