Cahangir Fərəcullayev: Santuşun Azərbaycan xalqına və futboluna yanaşması qəbulolunmazdır - VİDEO

Xəbərlər
6 Sentyabr 2025 00:41
92
Cahangir Fərəcullayev: Santuşun Azərbaycan xalqına və futboluna yanaşması qəbulolunmazdır - VİDEO

Bu oyunçuların problemi deyil. Sistem başdan səhv idi. Məşqçi ev tapşırığını yerinə yetirməmişdi. Və ümumiyyətlə baş məşqçi tərəfindən Azərbaycan xalqına və futboluna bu yanaşma qəbulolunmazdır.

İdman.biz Reykyavikdən xəbər verir ki, bunu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya ilə 5:0 hesabı ilə yığmamızın məğlubiyyəti ilə bitən oyundan sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib.

"Biz cənab Santuşun mətbuat konfansında nə deyəcəyini gözləyirik. Mən o adamın götürdüyü məsuliyyəti dərk edərək düzgün ifadələr səsləndirməyini gözləyirəm. Qoy o desin ki, bu nəticələr, bu qorxaq futbol, ümumiyyətlə Azərbaycan xalqına hörmətsizlik onun reputasiyasına, qazandığı uğurlara uyğun gəlir, ya yox", - baş katib bildirib.

Fərəcullayev Santuş istefa verməyəcəyi təqdirdə lazımi tədbirlərin görüləcəyini deyib.

İdman.biz