Kinqsli Onyeukvu “Sabah”a gəlir

Xəbərlər
5 Sentyabr 2025 13:56
48
Kinqsli Onyeukvu “Sabah”a gəlir

Nigeriyalı futbolçu Kinqsli Onyeukvu ilə maraqlanan Azərbaycan klubunun adına aydınlıq gəlib.

İdman.biz Futbolinfo.az-a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “Sabah”ın maraq dairəsindədir.

Dayaq yarımmüdafiəçisinin Premyer Liqada oynamaq ehtimalının olduğu barədə xəbər verilmişdi. İddialı klublardan “Sabah” “transfer pəncərəsi”nin son günlərində hazırda azad agent statusu daşıyan oyunçu ilə heyətini gücləndirməyi planlaşdırır.

Qeyd edək ki, Kinqsli Onyeukvu ötən mövsümün sonunda Portuqaliyanın aşağı liqa klubu “Kampia”dan ayrılıb.

İdman.biz