Yığmamız Portuqaliya ilə üz-üzə

Xəbərlər
5 Sentyabr 2025 11:35
42
Yığmamız Portuqaliya ilə üz-üzə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq.

İdman.biz xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv Barseluş şəhərində Portuqaliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Barseluş şəhər stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq. Qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edəcək.

Avropa çempionatı, seçmə mərhələ
5 sentyabr
22:30. Portuqaliya (U-21) - Azərbaycan (U-21)
Baş hakim:
Konstantinos Fellas (Kipr)
Barseluş şəhər stadionu

Qeyd edək ki, U-21 növbəti matçını sentyabrın 9-da Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcək.

İdman.biz