FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
İdman.biz xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Litva – Niderland oyununun baş hakimi olacaq.
Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Matçın VAR hakimləri Fransadan Benoi Millo və Metyu Vernis olacaq.
Qeyd edək ki, G qrupunun görüşü sentyabrın 7-də Kaunas şəhərində yerləşən “Daryus və Qirena” stadionunda keçiriləcək.
İdman.biz