"Sumqayıt" heyətini daha bir futbolçu ilə gücləndirib.
İdman.biz Sport1.az-a istinadən xəbər verir ki, "kimyaçılar" Höccət Haqverdini transfer edib.
Millimizin üzvü artıq komanda ilə birgə məşq edir.
Klub 32 yaşlı müdafiəçinin keçidini yaxın zamanda açıqlayacaq.
Qeyd edək ki, Höccət Haqverdi son olaraq "Neftçi"nin heyətində çıxış edib.
İdman.biz