Arif Əsədov: “Millimiz buna görə daha diqqətli olmalıdır”

Xəbərlər
3 Sentyabr 2025 10:17
45
Arif Əsədov: “Millimiz buna görə daha diqqətli olmalıdır”

"İlk oyunumuza çıxacağıq və nəzərə almalıyıq ki, qrupumuz çətindir".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis yığmanın səfərdə İslandiyaya qarşı keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyunu ilə bağlı fikirlərini bölüşüb: "Müxtəlif oyun üslüblarına malik komandalarla düşmüşük. İslandiya da fərqli oyun üslubu sərgiləyir. Daha çox atletik futbola üstünlük verirlər. İkili mübarizələr müsbət cəhətləridir. Standart vəziyyətlərdə təhlükəlidirlər, uzun hava toplarında yaxşı oynayırlar. Buna görə millimiz daha diqqətli olmalıdır. Düşünürəm ki, məşqçilər korpusu rəqibi yaxşı analiz ediblər, üstün və mənfi cəhətlər nəzərə alınacaq".

Əsədov milli komandanın səfərdə xal qazanmaq ehtimalına da toxunub: "Çətin də olsa, mümkündür. Mümkünsüz bir şey yoxdur. Sadəcə, ilk dəqiqələrdə qol buraxmamaq vacibdir. Matçın ritminə düşmək və xalla dönmək üçün qol da vurmaq lazım gələcək. Komandamıza uğurlar arzulayıram. Ümid edirəm ki, səfərdən ən azı bir xalla qayıdacaqlar"

Qeyd edək ki, sentyabrın 5-də təşkil olunacaq İslandiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

İdman.biz