Maksim Medvedev yığmadan niyə imtina edib?

Xəbərlər
3 Sentyabr 2025 09:12
64
Maksim Medvedev yığmadan niyə imtina edib?

Yay fasiləsində “Qarabağ”ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi təyin olunan Maksim Medvedevin Azərbaycan millisinə dönmək ehtimalı olub.

İdman.biz Futbolinfo.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis AFFA-nın maraq dairəsində olub.

Assosiasiya 35 yaşlı Medvedevi aşağı yaş qrupu üzvə millilərimizdən birinə baş məşqçi gətirməyi planlaşdırıb. Lakin “Qarabağ”dakı durumundan məmnun qalan sabiq müdafiəçi Ağdam klubunda işləməyi üstün tutub. Ancaq Medvedev gələcəkdə millidə çalışmaq arzusunda olduğunu da etiraf edib.

Qeyd edək ki, Maksim Medvedev 2009-2024-cü illərdə Azərbaycan millisinin heyətində 81 oyun keçirib, 4 qol vurub.

İdman.biz