Mavritaniyalı futbolçu Azərbaycan klubunda

2 Sentyabr 2025 17:51
401
Mavritaniyalı futbolçu Azərbaycan klubunda

Azərbaycanın minifutbol komandası legioner oyunçu transfer edib.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, mavritaniyalı futbolçu Mohamed Bagayoko "AzNur"a keçib.

Bu komanda ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək. Komandanın rəqibləri "Almatı" (Qazaxıstan), "Oviedo" (İspaniya) və "Hoverla Zak Praqa" (Çexiya) kollektivləri olacaq.

İdman.biz