Cennaro Qattuzo İsraillə oyun ərəfəsində: "İstərdim ki, bütün dünyada sülh olsun"

Xəbərlər
2 Sentyabr 2025 08:29
42
Cennaro Qattuzo İsraillə oyun ərəfəsində: "İstərdim ki, bütün dünyada sülh olsun"

Cennaro Qattuzo dünyada bütün silahlı münaqişələrin sona çatacağına ümid edir.

İdman.biz xatırladır ki, Qattuzonun rəhbərlik etdiyi İtaliya millisi 2026-cı il dünya çempionatının seçmə turniri çərçivəsində sentyabrın 8-də və oktyabrın 14-də İsrail yığması ilə görüşəcək.

Bir müddət əvvəl İtaliya Məşqçilər Assosiasiyasının prezidenti Rentso Ulivieri Qəzza zolağında baş verən hadisələrə görə İsrailin futbol yarışlarına buraxılmamasını təklif edib.

"Mən sülh adamıyam və istərdim ki, bütün dünyada sülh olsun. Uşaqların və mülki şəxslərin öldüyünü görmək məni incidir - bu mənim ən böyük kədərimdir. Bizim borcumuz öz işimizi görməkdir, amma vurğulamaq istəyirəm: münaqişənin həllinə ümid edirəm, çünki dünyada baş verənləri izləmək həqiqətən ağırıdr”, - deyə İtaliya millisinin baş məşqçisi bildirib.

İdman.biz