Aleksandr İsakın transferi İngiltərə futbol tarixində rekorddur

Xəbərlər
2 Sentyabr 2025 01:59
34
Aleksandr İsakın transferi İngiltərə futbol tarixində rekorddur

Hücumçu Aleksandr İsak rəsmən "Nyukasl"dan "Liverpul"a keçib və onun transferi İngiltərə futbolu tarixində ən bahalı transfer olub.

İdman.biz bildirir ki, mersisaydlılar futbolçu üçün 125 milyon funt-sterlinq (145 milyon avro) ödəyib.

Bundan əvvəlki rekord da Arne Slotun komandasına məxsus idi - hücumameyilli yarımmüdafiəçi Florian Virts 125 milyon avroya "Bayer"dən ayrılaraq İngiltərə Premyer Liqasına keçib. Beləliklə, "Liverpul" bu yay iki dəfə Premyer Liqanın transfer rekordunu qırıb.

İdman.biz