"Trabzonspor" Uğurcan Çakırı "Qalatasaray"a verməyə razılaşıb

Xəbərlər
2 Sentyabr 2025 01:10
31
"Trabzonspor" Uğurcan Çakırı "Qalatasaray"a verməyə razılaşıb

"Qalatasaray" "Trabzonspor"un qapıçısı Uğurcan Çakırı transfer etməyə hazırlaşır.

İdman.biz Türkiyə mediasına istinadən bildirir ki, "Qalatasaray" və "Trabzonspor" Çakır barəsində razılığa gəlib.

"Trabzonspor"un Uğurcan üçün 25 milyon avro tələb etdiyi və "Qalatasaray"ın bu məbləği ödəyəcəyi bildirilir.

Bu arada, hazırda Türkiyə millisinin düşərgəsində olan Uğurcan xəbər gözləyir və çərşənbə axşamı sarı-qırmızılılar üçün tibbi müayinədən keçməyə hazırlaşır.

İdman.biz