Kiyev "Dinamo"su Avropa Liqası ilə də vidalaşıb - NƏTİCƏLƏR

Xəbərlər
29 Avqust 2025 00:56
167
Kiyev "Dinamo"su Avropa Liqası ilə də vidalaşıb - NƏTİCƏLƏR

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, cavab oyunları çərçivəsində 11 görüş baş tutub.

Mərhələyə Finlandiyada start verilib. "Midyullann" səfərdə də qələbə qazanraq, əsas mərhələyə vəsiqə qazanıb.

Türkiyə təmsilçisi "Samsunspor" iki oyunun nəticəsinə görə "Panatianikos"a uduzub. Kiyev "Dinamo"su da Avropa Liqası ilə vidalaşıb. Çempionlar Liqasında mübarizəyə başlayan Ukrayna çempionu Konfrans Liqasında yarışacaq.

UEFA Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunları
28 avqust

19:00. KuPS (Finlandiya) - “Midyullann” (Danimarka) - 0:2
İlk oyun: 0:4
20:30. “Siqma” (Çexiya) - “Malmö” (İsveç) - 0:2
İlk oyun: 0:3
21:00. "Samsunspor" (Türkiyə) - "Panatinaikos" (Yunanıstan) - 0:0
İlk oyun: 2:1
21:30. "Ludoqorets" (Bolqarıstan) - "Şkendiya" (Şimali Makedoniya) - 2:1, ə.v 2:0
İlk oyun: 1:2
21:30. PAOK (Yunanıstan) - “Riyeka” (Xorvatiya) - 5:0
İlk oyun: 0:1
22:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Makkabi” (Tel-Əviv, İsrail) - 1:0
İlk oyun: 1:3
22:00. “Genk” (Belçika) - “Lex” (Polşa) - 1:2
İlk oyun: 5:1
22:00. “Utrext” (Niderland) - “Zrinjski” (Bosniya və Herseqovina) - 0:0
İlk oyun: 2:0
22:00. “Yanq Boyz” (İsveçrə) - “Slovan” (Slovakiya) - 3:2
İlk oyun: 1:0
22:30. FCSB (Rumıniya) - “Aberdin” (Şotlandiya) - 3:0
İlk oyun: 2:2
23:00. “Braqa” (Portuqaliya) - “Linkoln” (Cəbəllütariq) - 5:1
İlk oyun: 4:0

Qeyd edək ki, bir gün öncə AEK-ə (Larnaka, Kipr) hər iki oyunda qalib gələn “Brann” (Norveç) əsas liqaya vəsiqəni təmin edib.

İdman.biz