Nəriman Axundzadə: "Təndiqlərə fikir vermirəm"

Xəbərlər
28 Avqust 2025 10:25
48
Nəriman Axundzadə: "Təndiqlərə fikir vermirəm"

"İlk olaraq azarkeşlərə təşəkkür edirəm. Sonadək dəstək oldular".

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Nəriman Axundzadə deyib.

Hücumçu Bakıda Macarıstanın "Ferenrsvaroş" klubuna uduzduqları (2:3) Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra açıqlama verib: "Bu, çox yaxşı hisslər. Çempionlar Liqasındayıq. Bəlkə də hər insanın həyatında tarixdə bir dəfə olan şeydir. Sevincliyik"

Forvard son dönəmlərdə tənqid olunmasına münasibət bildiri: "Fikir vermirəm. Nə deyə bilərəm?"

O, Çempionlar Liqasının əsas mərhələsindəki hədəflərdən də söz açıb: "Yaxşı oyun və yaxşı nəticə qazanmaq niyyətindəyik. Burada hansı rəqiblə düşməyin fərqi yoxdur"

Qeyd edək ki, səfərdə rəqibi 3:1 hesabı ilə üstələyən "Qarabağ" Çempionlar Liqasında əsas mərhələyə yüksəlib.

İdman.biz