“Şəfa” "Neftçi"nin sabiq futbolçusu ilə müqavilə imzalayacaq

Xəbərlər
27 Avqust 2025 14:47
66
“Şəfa” "Neftçi"nin sabiq futbolçusu ilə müqavilə imzalayacaq

I Liqada çempionluğa iddialı olan “Şəfa” daha bir futbolçunun keçidini həll etməyə hazırlaşır.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi “Neftçi”nin və U-21 yığmamızın sabiq üzvü Ramin Nəsirlini heyətinə qatmaqda israrlıdır.

Son olaraq, “Araz-Naxçıvan”da oynamış yarımmüdafiəçi artıq komandanın düşərgəsindədir.

Latviyada “Dauqavpils” klubunda da oynamış Nəsirlinin “Şəfa”ya keçidinin yaxın vaxtlarda rəsmiləşməsi gözlənilir.

İdman.biz