Lukas Vaskes "Bayer"də

Xəbərlər
26 Avqust 2025 11:44
44
Lukas Vaskes "Bayer"də

"Real"ın sabiq müdafiəçisi Lukas Vaskes karyerasını "Bayer"də davam etdirəcək.

İdman.biz xəbər verir ki, iyulda 34 yaşlı futbolçu 23 kubok qazandığı Madrid klubundan ayrılaraq azad agent olub.

O, 2015-ci ildən "Real"ın heyətində ümumilikdə 402 oyunda 38 qol vurub.

Qeyd edək ki, Lukas Vaskes 2016-2018-ci illərdə İspaniya millisində 9 oyun keçirib.

İdman.biz

Məqalədə: