“İmişli” heyətinə yeni futbolçu cəlb edib.
Klubdan İdman.biz-ə verilən məlumata görə, kolumbiyalı müdafiəçi Edvin Banqera ilə 2 illik müqavilə imzalanıb.
29 yaşlı futbolçu Portuqaliyanın II Liqasından “İmişli”yə transfer olunub. O, son olaraq “Felqeyraş” klubunun şərəfini qoruyub.
Sol cinah müdafiəçisi indiyədək “Salqeyruş”, “Jil Visente”, “Kovilya” və “Mafra” kimi klublarda çıxış edib.
İdman.biz