Kolumbiyalı hücumçu “Qarabağ”la müqavilə imzalamaq üçün Bakıya gəlib

Xəbərlər
26 Avqust 2025 14:12
53
Kolumbiyalı hücumçu “Qarabağ”la müqavilə imzalamaq üçün Bakıya gəlib

“Qarabağ” heyətinə yeni futbolçu cəlb edib.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında məlumat verib.

O, kolumbiyalı hücumçu Kamilo Duranın müqavilə imzalamaq üçün Bakıya gəldiyini bildirib.

Qeyd edək ki, 23 yaşlı forvardın son klubu Portuqaliyada “Portimonensi” olub.

İdman.biz