“Liverpul”un 16 yaşlı futbolçusu Runinin rekorduna bir gün gecikib

Xəbərlər
26 Avqust 2025 10:30
48
“Liverpul”un 16 yaşlı futbolçusu Runinin rekorduna bir gün gecikib

“Liverpul”un 16 yaşlı vingeri Rio Nqumoa Premyer Liqa tarixində qələbə gətirən qolu vuran ikinci ən gənc futbolçu olub.

İdman.biz xəbər verir ki, İngiltərənin U-17 yığmasının üzvü olan Nqumoa Premyer Liqanın ikinci turunda “Nyukasl”la oyunda fərqlənib (3:2).

Matçın 2:2 hesabı ilə davam etdiyi 90+6-cı dəqiqədə Kodi Qakponu əvəz edən futbolçu cəmi dörd dəqiqə sonra qol vuraraq komandasına 3 xal qazandırıb.

"Opta"nın məlumatına görə, Nqumoa 16 yaş 361 günlüyündə bu uğura imza atmaqla Ueyn Runinin rekorduna çox yaxınlaşıb. Belə ki, Runi 2002-ci ildə “Everton”un heyətində “Arsenal”a vurduğu qolla qələbəni təmin edən ən gənc futbolçu olub. Nqumoa isə Runinin o vaxtkı yaşından cəmi bir gün böyük olub.

İdman.biz