“Karvan-Yevlax”a iki liberiyalı gələcək

Xəbərlər
25 Avqust 2025 10:28
47
“Karvan-Yevlax”a iki liberiyalı gələcək

Mövsümə gözlənilmədən uğurlu başlanğıc edən “Karvan-Yevlax” Premyer Liqanın ilk iki turunda 4 xal toplamağı bacarıb.

İdman.biz Futbolinfo.az-a istinadən xəbər verir ki, yay fasiləsində heyətini böyük ölçüdə dəyişən bölgə təmsilçisi bununla kifayətlənmək fikrində deyil.

Klubun vitse-prezidenti Kənan Kərimov transfer çalışmalarını davam etdirir.

Bu həftə ərzində Premyer Liqanın debütantının düşərgəsinə daha 2 legionerin qoşulması gözlənilir. Yeni oyunçular Liberiyadandırlar. Onların birinin 18, digərinin isə 20 yaşı var. Həmin gənclər hazırda “Karvan-Yevlax”la danışıq aparırlar.

Qeyd edək ki, “Karvan-Yevlax” ilk iki turda “Qəbələ” ilə heç-heçə edib (1:1), “Kəpəz” üzərində qələbə qazanıb (3:2).

İdman.biz