Braziliyalı "Qarabağ"a görə Kipr nəhəngindən imtina edib

Xəbərlər
24 Avqust 2025 14:58
46
Braziliyalı "Qarabağ"a görə Kipr nəhəngindən imtina edib

“Qarabağ”ın bu yay heyətinə qatdığı Pedro Bikalyo Avropanın bir çox klublarından təklif alıb.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, braziliyalını “Qarabağ” qədər israrla istəyən digər klub APOEL olub.

Avrokuboklarda "Qarabağ"la 2 dəfə rəqib olmuş APOEL Bikalyo ilə Portuqaliyada oynadığı vaxtda danışıqlar da aparıb.

Lakin Pedro Ağdam klubuna keçməyi seçib. O, Kipr nəhəngindən imtina edərək, “Qarabağ”la müqavilə imzalamağa razılıq verib.

Qeyd edək ki, 24 yaşlının “Qarabağ”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Palmeyras”, “Santa Klara”, “Vitoriya”, “Alverka” komandalarında oynayıb.

İdman.biz