“Qalatasaray”lı anadan Barış Alperə maraqlı ETİRAZ

Xəbərlər
24 Avqust 2025 12:21
37
“Qalatasaray”lı anadan Barış Alperə maraqlı ETİRAZ

Türkiyənin “Qalatasaray” klubunun tərəfdarlarından olan bir qadın komandanın oyunçusu Barış Alper Yılmaza müraciət edib.

İdman.biz xəbər verir ki, fanat xanımın sualı maraqla qarşılanıb.

O, Alperin komandanı tərk etmək istəyinə etirazını ifadə edib: "Əfsanə olacaqsan deyə adını oğlumuza qoyduq. Gələcəkdə bu uşağa nə deyəcəyik?".

Qeyd edək ki, Barış Alper Yılmaz artıq “Qalatasaray”da oynamaq istəmir və klub rəhbərlyinə etiraz əlaməti olaraq komanda ilə məşqlərdə iştirak etmir.

İdman.biz