“Araz-Naxçıvan”da növbəti ayrılıq gerçəkləşib.
İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, Premyer Liqanın bütünc medalçısı Turan Vəlizadəni icarəyə verib.
O, 2025/2026 mövsümün I Liqada keçirəcək. Naxçıvan təmsilçisi onu “Səbail”ə göndərib.
24 yaşlı yarımmüdafiəçi öz istəyi ilə düşərgəni dəyişib. "Araz-Naxçıvan"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər olan orta sahə oyunçusu “dənizçilər“dən 1500 manat əməkhaqqı alacaq.
“Ağ-qaralar“ isə “Əlincə“nin yetirməsinə hər ay 800 manat ödəmə edəcək.
Vaxtilə “Neftçi“ və “Turan Tovuz“un da formasını geyinmiş Vəlizadə sırf oyun praktikası qazanmaq üçün Bayıl təmsilçisinin yolunu tutub.
Elmar Baxşıyevin onunla vidalaşmaq niyyəti olmasa da, təkidlə getmək istədiyini bildirib.
İdman.biz