Mahir oynayıb, komandası uduzub

Xəbərlər
22 Avqust 2025 22:52
52
Mahir oynayıb, komandası uduzub

Azərbaycan yığmasının hücumçusu Mahir Emreli Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxıb.

İdman.biz xəbər verir ki, o, 3-cü turda "Kayzerslautern"in əsas heyətində yer alıb.

Səfərdə "Elversberq"in qonağı olan Mahirin komandası məğlubiyyət acısı yaşayıb. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Emreli görüşün 72-ci dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, "Kayzerslautern" ilk 3 tura iki dəfə uduzub, bir dəfə qalib gəlib. Mahirin növbəti rəqibi "Darmştadt" olacaq.

İdman.biz