"Çelsi"nin ilk qələbəsi böyükhesablı olub - VİDEO

Xəbərlər
23 Avqust 2025 01:00
35
"Çelsi"nin ilk qələbəsi böyükhesablı olub - VİDEO

"Çelsi" İngiltərə Premyer Liqasının 2025/2026 mövsümündə ilk qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, "zadəganlar" 2-ci turda "Vest Hem"in qonağı olublar.

İlk oyunda "Kristal Pelas"ın müqavimətini qıra bilməyən Entso Mareskanın komandası bu dəfə inamlı qələbə qazanıb. Hesabı "Vest Hem" açsa da, "Çelsi" ardıcıl 5 dəfə fərqlənib. Bir qol vurub, iki ötürmə verən Joao Pedro qələbədə böyük pay sahibi olub.

İngiltərə Premyer Liqası
2-ci tur
22 avqust

23:00. "Vest Hem" - "Çelsi" - 1:5

İdman.biz