Avropada yalnız "Qarabağ" və "Utrext"

Xəbərlər
22 Avqust 2025 12:31
55
Avropada yalnız "Qarabağ" və "Utrext"

Bu həftə Avropanın üç klub turnirində pley-off mərhələsinin ilk qarşılaşmalarına yekun vurulub.

İdman.biz xəbər verir ki, yalnız iki komanda avrokuboklar mövsümü başlayandan keçirdikləri 5 oyunun hamısında qələbə qazanıblar.

"Qarbağ" və Niderland təmsilçisi "Utrext" 100 faizli nəticə ilə yollarına davam edirlər.

Azərbaycan çempionu UEFA Çempionlar Liqası çərçivəsində "Şelburn" (2:0, 1:0) və "Şkendiya"nı hər iki oyunda (1:0, 5:1), pley-offda "Ferensvaroş"u isə ilk matçda məğlub edə bilib (3:1).

6 illik fasilədən sonra avrokuboklara qayıdan "Utrext" isə Avropa Liqasında əvvəlcə "Şeriff"ə 4:1 və 3:1, sonra "Servett"ə 2:1 və 3:1, nəhayət, pley-offda da "Zrinski"yə 2:0 hesabları ilə qalib gəlib.

İdman.biz

Məqalədə: