“Neftçi” Boliviya yığmasının üzvü ilə maraqlanır

Xəbərlər
22 Avqust 2025 11:15
48
“Neftçi” Boliviya yığmasının üzvü ilə maraqlanır

"Neftçi"nin maraqlandığı daha bir futbolçunun adına aydınlıq gəlib.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" hazırda azad agent olan 30 yaşlı boliviyalı yarımmüdafiəçi Boris Çespedeslə danışıqlara başlamaq istəyir.

Paytaxt təmsilçisi Boliviya millisində 19 oyun keçirən oyunçu ilə bu ilin yanvarında da maraqlanıb. Lakin həmin vaxt onun İsveçrənin "İverdon" klubu ilə müqaviləsi olub.

Qeyd edək ki, "Neftçi" heyətinə daha iki oyunçu qatmaqla transfer dönəmini yekunlaşdırmaq istəyir.

İdman.biz