19 yaşlı yarımmüdafiəçi "İmişli"də

Xəbərlər
21 Avqust 2025 19:03
33
19 yaşlı yarımmüdafiəçi "İmişli"də

Azərbaycan Premyer Liqası təmsilçisi “İmişli” yeni transferini təqdim edib.

İdman.biz xəbər verir ki, Xəlil Mürsəlli komandaya qoşulub.

19 yaşlı yarımmüdafiəçi klubla 2 illik müqavilə imzalayıb. Mürsəlli “Sabah”ın əvəzedici heyətindən “İmişli”yə keçib.

Qeyd edək ki, bölgə təmsilçisi Misli Premyer Liqasının ilk turunda "Turan Tovuz"a 0:1 hesabı ilə uduzub.

İdman.biz