İngiltərənin “Tottenhem” klubu Ebereçi Ezenin “Arsenal”a getmək istədiyi aydın olduqdan sonra digər hədəflərə diqqət yetirməyə başlayıb.
İdman.biz xəbər verir ki, komanda transfer dövrü bitməmiş 10 nömrə altında çıxış edəcək yeni vingerlə müqavilə imzalamaq niyyətindədir.
Bu gün “Tottenhem”in Tayler Diblinqlə əlaqəli bir neçə xəbər yayılsa da, bu maraq yeni deyil. Klubun "Monako"nun futbolçusu Maqnes Akliuşa da marağı var. İngilis klubu üçün qarşıdakı həftələr gərgin keçə bilər.
“Tottenhem”in danışıqlara gedəcəyi komandalar londonluların istədikləri oyunçu üçün 60 milyon funt sterlinq ödəməyə hazır olduqlarını bilirlər. Onlar artıq Morgan Gibbs-Uaytı və Ezeni analoji məbləğ qarşılığında əldən veriblər.
İdman.biz