"Bayer" Bonifaseni "Milan"a satır

Xəbərlər
21 Avqust 2025 20:12
33
"Bayer" Bonifaseni "Milan"a satır

"Milan" "Bayer"in hücumçusu Viktor Bonifaseni satınalma maddəsi ilə icarəyə götürəcək.

İdman.biz xəbər verir ki, tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir.

İtaliya nəhəngi Leverkuzen klubuna 5 milyon avro icarə haqqı ödəyəcək. "Milan" mövsümün sonunda 24 milyon qarşılığında nigeriyalı forvardı heyətində saxlaya biləcək. Milanlıların Viktorla 2030-cu ilədək müqavilə imzalayacaq.

Qeyd edək ki, Bonifase 2030-cu ildən "Bayer"də çıxış edir. Onun komanda ilə 2028-ci ilin yayına kimi müqaviləsi var.

İdman.biz