UEFA Konfrans Liqası: Pley-off mərhələsinin ilk oyunları keçiriləcək

Xəbərlər
21 Avqust 2025 16:18
57
UEFA Konfrans Liqası: Pley-off mərhələsinin ilk oyunları keçiriləcək

Bu gün UEFA Konfrans Liqası pley-off mərhələsinin ilk oyunları keçiriləcək.

İdman.biz xəbər verir ki, ümumilikdə 24 qarşılaşma olacaq.

Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun şərəfini qoruduğu "Arda", "Qarabağ"ın UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı "Şelburn", bundan əvvəlki mərhələlərdə "Araz Naxçıvan"a qalib gələn "Omoniya" və "Sabah"ı məğlub edən "Selye" və "Levski", Türkiyə klubları "Beşiktaş" və "Başakşehir", Arda Turanın çalışdırdığı "Şaxtyor", həmçinin İngiltərə kuboku və Superkubokunun qalibi "Kristal" Pelas", "Fiorentina" və digərləri Konfrans Liqasının əsas mərhələsinə çıxmaq uğrunda mübarizəni davam etdirirlər.

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyunlar
21 avqust

20:00. Rusenborq (Norveç) - Maynts (Almaniya)
21:00. Volfsberger (Avstriya) - Omoniya (Kipr)
21:00. Hamrun Spartans (Malta) - RFS (Latviya)
21:00. Györ (Macarıstan) - Rapid Vyana (Avstriya)
21:30. Hakken (İsveç) - ÇFR Kluj (Rumıniya)
21:45. Başakşehir (Türkiyə) - Universitatea Krayova (Rumıniya)
22:00. Levski (Bolqarıstan) - AZ Alkmaar (Niderland)
22:00. Selye (Sloveniya) - Banik Ostrava (Çexiya)
22:00. Sparta Paqa (Çexiya) - Riqa (Latviya)
22:00. Polesye (Ukrayna) - Fiorentina (İtaliya)
22:00. Anderlext (Belçika) - AEK Afina (Yunanıstan)
22:00. Neman (Belarus) - Rayo Valyekano (İspaniya)
22:00. Şaxtyor (Ukrayna) - Servett (İsveçrə)
22:00. Drita - (Kosovo) - Differdanj (Lüksemburq)
22:00. Olimpiya (Aloveniya) - Noah (Ermənistan)
22:00. Breidablik (İslandiya) - Virtus (San Marino)
22:00. Strasburq (Fransa) - Brondbü (Danimarka)
22:15. Lozanna (İsveçrə) - Beşiktaş (Türkiyə)
22:15. Yaqelloniya (Polşa) - Dinamo Siti (Albaniya)
22:45. Şelburn (İrlandiya) - Linfield (Şimali İrlandiya)
23:00. Rakov (Polşa) - Arda (Bolqarıstan)
23:00. Hibernian (Şotlandiya) - Legiya (Polşa)
23:00. Kristal Pelas (İngiltərə) - Fredrikstad (Norveç)
23:00. Santa Klara (Portuqaliya) - Şemrok Rovers (İrlandiya)

İdman.biz

Məqalədə: