Norveç İsraillə oyundan əldə etdiyi gəliri Qəzza əhalisinə verəcək

Xəbərlər
21 Avqust 2025 17:08
38
Norveç İsraillə oyundan əldə etdiyi gəliri Qəzza əhalisinə verəcək

Norveç millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də İsraili qəbul edəcək.

İdman.biz xəbər verir ki, Norveç Futbol Assosiasiyası İsraillə oyundan əldə edilən gəlirin Fələstin xalqına yardım üçün bağışlanacağını bəyan edib.

Qurumun prezidenti Lise Klaveness bununla bağlı fikirlərini bölüşüb: “Nə biz, nə də hər hansı digər təşkilat humanitar böhranla bağlı iztirablara və Qəzzanın mülki əhalisinin uzun müddətdir məruz qaldığı qeyri-mütənasib hücumlara biganə qala bilməz. Əldə olunan gəliri Qəzzada hər gün insanların həyatını xilas edən və yerlərdə aktiv təcili yardım göstərən humanitar təşkilata bağışlamaq istəyirik”.

İdman.biz