“Real”dan daha bir REKORD

Xəbərlər
20 Avqust 2025 17:34
42
“Real”dan daha bir REKORD

İspaniya La Liqasının açılış turunda “Real” “Osasuna”nı Kilian Mbappenin qolu sayəsində 1:0 hesabı ilə məğlub edib.

İdman.biz “Opta Sports”a istinadən xəbər veririk, Madrid klubu ilk turlarda məğlubiyyətsiz başlayan mövsümlərin sayına görə İspaniya çempionatının rekordunu yeniləyib.

Paytaxt təmsilçisi 17 ildir ki, La Liqanın ilk turlarında uduzmur. “Real” sonuncu dəfə 2008/09 mövsümünün başlanğıcında “Deportivo”ya uduzub (1:2).

"Real"ın bu göstərci üzrə əvvəlki rekordu 1961-1977-ci illər arasında 16 mövsüm olub.

İdman.biz