Kay Haverts zədə səbəbindən "Arsenal"ın qarşıdakı oyunlarını buraxacaq.
İdman.biz “The Athletic”ə istinadən xəbər verir ki, London klubunun hücuma meylli yarımmüdafiəçisi dizindən aldığı zədə səbəbindən bugünkü məşqi buraxıb.
Alman futbolçunun hansı müddətə sıradan çıxdığı hələlik bəlli deyil.
Bildirilib ki, Arsenal Havertsin əvəzləyicisinin axtarışında artıq transfer bazarını öyrənir.
Qeyd edək ki, keçən mövsüm Kay bud nahiyəsindən aldığı zədə səbəbindən fevralın əvvəlindən mayın ikinci yarısına kimi oynamamışdı.
İdman.biz