Dalaşan futbolçulara klub fonduna maddi ianə etmək təklif olunub

Xəbərlər
19 Avqust 2025 15:17
40
Dalaşan futbolçulara klub fonduna maddi ianə etmək təklif olunub

"Marsel" Liqa 1-də mövsümün ilk turunda "Renn"ə 0:1 hesablı məğlubiyyətdən sonra iki futbolçusunu heyətdən kənarlaşdırıb.

İdman.biz xəbər verir ki, fransalı Adrian Rabyot və ingiltərəli Conatan Rou oyundan sonra paltardəyişmə otağındakı davranışlarına görə klub tərəfindən cəzalandırılıblar.

Məlumata görə, məğlubiyyətdən sonra futbolçular arasında sözlü mübahisə yaranıb və qarşıdurma fiziki toqquşmaya çevrilərkən "Marsel"in digər oyunçuları və texniki heyət müdaxilə edərək onların dalaşmasını dayandırıb.

Hər iki futbolçu növbəti məşqi buraxıb - hazırda onlar cəzalarını çəkməyə davam edirlər.

"Marsel"in rəhbərliyi günahlarını yumaq üçün futbolçulara klub fonduna maddi ianə etməyi təklif ediblər.

İdman.biz

Məqalədə: