Cordan Rezabala: “Azərbaycanın ən yaxşı və ən böyük klubuna gəlmişəm” - MÜSAHİBƏ

Müsahibə
19 Avqust 2025 14:43
54
Cordan Rezabala: “Azərbaycanın ən yaxşı və ən böyük klubuna gəlmişəm” - MÜSAHİBƏ

“Neftçi”nin futbolçusu Cordan Rezabalanın Futbolxeber.az saytına müsahibəsi

- Premyer Liqanın ilk turunda “Şamaxı” ilə heç-heçə (1:1) oynadınız. Görüşlə bağlı nə deyə bilərsiniz?

- Birinci yox, amma ikinci hissə istədiyimiz kimi keçdi. Öz oyunumuzu fasilədən sonra ortaya qoya bildik. Üstünlüyü tamamilə ələ almışdıq. Təəssüf ki, lazım olan qolu vura bilmədik.

- Lazım olan qolu vurmaq üçün nə çatışmadı?

- Öz adımdan deyə bilərəm ki, bəxtim gətirmədi. İki epizodda qol vurmağa çox yaxın idim. Əvvəldə də qeyd etdiyim kimi, yaxşı heyətə sahibik. Məşqçilər heyəti klubun inkişafı üçün əlindən gələni edir. İlk oyun olduğu üçün çatışmazlıqlarımız çox idi, hər birini düzəltməyə ehtiyacımız var. Ümid edirəm ki, davamlı inkişaf edəcəyik.

- Növbəti matçda “Şamaxı” ilə ikinci hissədəki oyunu ilk dəqiqələrdən görə biləcəyik?

- Növbəti oyunlar üçün bu tempi qorumağa ehtiyacımız var. Son 25-30 dəqiqədə oynadığımız kimi hər matçda çıxış etsək, bir-birimizi epizodlar zamanı daha yaxşı başa düşə bilərik. Dəqiqliklə deməliyəm ki, bir çox nöqtələrdə özümüzü təkmilləşdirməliyik. Yeni komandayıq. Bilirəm ki, azarkeşlər "Neftçi"dən nəticə istəyir. Ümidvaram ki, gələcəkdə daha yaxşı çalışıb komandaya, azarkeşlərə istədikləri nəticələri verəcəyik.

- Azarkeşlər “İmişli” ilə oyundan 3 xal gözləsinlər?

- Əlbəttə. Düzdür, çempionatın əvvəlində bütün oyunlar çətin keçir. Lakin biz "Neftçi"ni təmsil etdiyimizi anlayırıq. Xüsusilə, bu komandada oynayırsansa, məsuliyyəti dərk edirsən. Azərbaycanın ən yaxşı və ən böyük klubuna gəldiyimi deyə bilərəm. Bütün matçlar çətindir, bununla belə 3 xal qazanmağa köklənirik, çünki buna ehtiyacımız var.

- "Neftçi"də adaptasiya prosesiniz necə gedir?

- Səmimi desəm, burada özümü yaxşı hiss edirəm. İkinci hissədə keçirdiyim, ortaya qoyduğum oyunumla artıq komandaya öyrəşdiyimi deyə bilərəm. Bu səviyyədə qalmalıyıq, davamlı inkişaf etməli, klubun bizdən tələb etdiyi hədəfə çatmalıyıq. Bacardığımız qədər çox "Neftçi"yə dəstək olmalıyıq.

İdman.biz

Məqalədə: