Bu gün 2025/26-cı illər mövsümü futbol üzrə İran çempionatında ilk turun qalan dörd oyunu keçiriləcək.
İdman.biz xəbər verir ki, ölkə çempionu "Traktor" öz meydanında "Esteqlal"ı qəbul edəcək.
Bakı vaxtı ilə 19:30-da başlayacaq oyun Təbrizdəki "Bonyan Diesel" stadionunda keçiriləcək.
Qeyd edək ki, "Esteqlal" ötən mövsüm çempionatda 9-cu yeri tutub. Rəqiblərin son üç matçında, o cümlədən avqustun 11-də İran Superkubokunda (2:1) "Traktor" qalib gəlib.
İdman.biz