“Valyadolid”in futbolçusu “Turan Tovuz”da

18 Avqust 2025 14:24
367
“Valyadolid”in futbolçusu “Turan Tovuz”da

“Turan Tovuz” növbəti transferini açıqlayıb.

İdman.biz xəbər verir ki, bölgə təmsilçisi Enrike Silvanı rənglərinə bağlayıb.

Sn olaraq İspaniya La Liqasında “Valyadolid”in şərəfini qoruyan sol cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalayıb. Yetirməsi olduğu “Vasko da Qama”nın heyətində 185 oyuna çıxan braziliyalı futbolçu 3 mövsüm Fransa Liqa 1 təmsilçisi “Lion” klubunun formasını geyinib.

Tam adı Enrike Silva Milaqres olan 31 yaşlı futbolçu Braziliyanın U-20 milli komandasının da şərəfini qoruyub.

İdman.biz