"Kayzerslautern"dən qol yağışı, Mahir Emreli də fərqlənib - YENİLƏNİB/VİDEO

Xəbərlər
17 Avqust 2025 19:25
53
"Kayzerslautern"dən qol yağışı, Mahir Emreli də fərqlənib - YENİLƏNİB/VİDEO

Futbol üzrə Almaniya kubokunda 1-ci mərhələnin oyunları keçirilir.

İdman.biz xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" səfərdə həvəskarlar liqasında çıxış edən "Ayntraxt 1949" ilə qarşılaşıb.

İlk hissədə dörd, ikinci hissədə isə daha üç qol vuran qonaqlar darmadağına imza atıblar - 7:0.

Azərbaycan millisinin forvardı 15-ci dəqiqədə fərqlənərək "Kayzerslautern"in heyətində rəsmi oyunlarda qol hesabını açıb.

İdman.biz

Məqalədə: