"Los Anceles"in yeni transferi Son Hın Minin MLS-dəki ilk ev oyununa biletlərin qiyməti, demək olar ki, 8 dəfə artıb.
İdman.biz xəbər verir ki, sentyabrın 1-də "San Dieqo" ilə keçiriləcək qarşılaşmanı stadionda canlı izləmək ən azı 400 dollara başa gələcək.
Bu barədə "The Korea Times" məlumat yayıb.
Həmçinin "Los Anceles" klubundan bildiriblər ki, koreyalı futbolçunun formaları hazırda dünyada ən çox satılan geyimdir və Lionel Messi, Kriştiano Ronaldo və Lebron Ceymsin köynəklərinin satışını geridə qoyub.
İdman.biz