"İnter Mayami"nin kapitanı Lionel Messi zədəsini sağaldıb.
İdman.biz xəbər verir ki, bu barədə ESPN komandanın baş məşqçisi Xavyer Maskeranonun sözlərinə istinadən məlumat yayıb.
38 yaşlı argentinalı futbolçu MLS-in müntəzəm çempionatı çərçivəsində "Los Anceles Qalaksi" ilə ev oyununda iştirak edə biləcək. Mayami ətrafında yerləşən Fort-Loderdeyldə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə avqustun 17-də saat 03:30-da başlayacaq.
Messi avqustun əvvəlində Liqalar kubokunun 2-ci turunda Meksikanın "Nekaksa" klubuna qarşı oyundan sonra meydana çıxmayıb (2:2, pen. 5:4). Həmin matçda argentinalı 11-ci dəqiqədə zədələnərək əvəzlənmişdi.
İdman.biz