Kaxaber Tsxadadze: "Heç bir komandadan çəkinməyəcəyik"

Xəbərlər
15 Avqust 2025 19:35
42
Kaxaber Tsxadadze: "Heç bir komandadan çəkinməyəcəyik"

"Mövsümün başlaması münasibətilə hər kəsi təbrik edirəm. Ümid edirəm ki, maraqlı mövsüm olacaq. Xeyli sayda qol imkanlarımız oldu. Futbolçularım yaxşı oynadı. Hər birindən razıyam. Biz fürstləəri dəyərləndirə bilmədik. Əvəzində rəqib qol vurdu. Futbolda belə hallar olur".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının I turunun “Karvan-Yevlax” – “Qəbələ” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Tsxadadze deyib.

- Sizə elə gəlmir ki, oyunun qırılma nöqtəsi etdiyiniz əvəzetmələr oldu? Meydana daxil olanlar sanki oyuna güc qata bilmədi...

- Sizinlə razıyam. Onlar hamısı bizim komandanın üzvləridir. Yorğun olduğunüçün bəzi futbolçuları əvəzlədim. Düz qeyd edirsiz, meydana buraxdığımız oyunçulardan gözlədiyimiz nəticəni ala bilmədik. Komanda 11 oyunçudan ibarət deyil. Hamıya şans verməliyik. Sanqare bir həftədir bizə qoşulub. Uyğunlaşmaq üçün ona vaxt lazımdır.

- Start heyətində I Liqadakı komandadan 6 futbolçu var idi. Bunun hansı mənfi və ya müsbət cəhətləri var?

- Hamısından razıyam. Komandada gənclərlə yanaşı təcrübəli oyunçular da var. Doni Massumo Azərbaycana gələnə kimi peşəkar səviyyədə oynamırdı. Amma bu gün onun oyununu görürsüz.

- "Qəbələ"nin bu mövsüm hədəfi nə olacaq?

- Bu il bizim hədəfimiz mümkün qədər yuxarı yerlərdə qalmaq və Premyer Liqada möhkəmlənməkdir. Aşağı liqadan gələn komanda üçün yüksək yerlər uğrunda oynamaq çətindir. Addım-addım gedirik. Heç bir komandadan çəkinməyəcəyik, "avtobus" qurmayacağıq.

- Qol fürsətlərinin dəyərləndirilməməsini rəqib qapıçının ustalığı na bağlayırsız, yoxsa sizin oyunçular zərbələri istənilən kimi vura bilmədi?

- Rəqibin qapıçısı çox yaxşı idi. Bizim oyunçularda da soyuqqanlılıq çatmırdı. Əsas odurki, qol imkanları yarada bilirik. Buna ancaq sevinirəm.

İdman.biz